Şamaxı nın legionerini bu klub istəyir

25.03.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Şamaxı"nın qolkiperi Rikardo Fernandeş bu sezonki performansı ilə təkcə Azərbaycan klublarının deyil, xarici komandaların da diqqətini çəkib.

Sportal.az saytına verilən məlumata görə, portuqal qapıçı Kipr klublarının maraq dairəsindədir.

Yüksək liqada mübarizə aparan “Karmiotissa” Fernandeşi yayda heyətinə qatmağı planlaşdırır. Bunun üçün isə kiprlilər mübarizədən qalib ayrılmalıdır. Çünki Fernandeş Azərbaycan klublarının da transfer siyahısında yer alır. Onun xidmətində "Sabah" və "Turan Tovuz"un maraq olduğu iddia edilir.

30 yaşlı futbolçunun “Şamaxı” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью