Şamaxı nın qış hazırlıq planı bilindi

26.11.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

“Şamaxı”nın qış hazırlıq planı müəyyənləşib.

Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. 

"Aslanlar" qışda ölkəni tərk etməyəcək. Yayda olduğu kimi, hazırlığını Azərbaycanda keçəcək komanda toplanışa yeni ilin ilk günlərində start verəcək. Qış fasiləsi ərəfəsində son oyununu dekabrın 21-də (16-cı tur) "Araz-Naxçıvan"a qarşı keçirəcək komandaya iki həftəlik istirahət veriləcək. Ayxan Abbasov yetirmələrini yanvarın 4-də bir araya gətirərək hazırlığa başlayacaq. 

Bölgə təmsilçisi hazırlıq zamanı 3-4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью