Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan I Liqa təmsilçisi "Difai"də ayrılıq gerçəkləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən komanda müdafiəçi Natiq Ağamalıyev ilə yollarını ayırıb.
Mövsümün əvvəlində 1 illik müddətə müqaviləyə imza atan tərəflər qarşılıqlı razılıq əsasında anlaşmaya xitam veriblər.
Qeyd edək ki, 20 yaşlı futbolçu Ağsu təmsilçisinə "Şamaxı"dan keçmişdi.
"Səbail"in yetirməsi olan, ancaq Bayıl təmsilçisinin əsas komandasında debüt edə bilməyən Natiq Ağamalıyev "Qarabağ"ın U-19-unda, "Şamaxı"nın əvəzedicilərində də oynayıb, daha sonra Ayxan Abbasovun rəhbərliyi altında çıxış edib.
Mirağa