Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bu gün Misli Premyer Liqasında III turdan təxirə salınmış oyun keçiriləcək.
Metbuat.az xəbər verir ki, turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq.
Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 14:00-da başlayacaq.Matçın baş hakimi Rəşad Əhmədov olacaq.Qonaqlar hazırda 41 xalla turnir cədvəlinə başçılıq edir.
Meydan sahibləri isə 14 xalla 8-ci pillədə qərarlaşıb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.