Şamaxı Qəbələ ni qonaq edir

24.01.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 17-ci turu davam edir. Sport24.az xəbər verir ki, bu gün hesabat həftəsi çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Qəbələ"ni qonaq edir. Hazırda aktivində 20 xal olan "şirlər" "qırmızı-qaralar"la görüşdən qələbə ilə ayrılacağı təqdirdə "Neftçi"ni keçərək turnir cədvəlində mövqeyini bir pillə yaxşlaşdıra, 7-ci yerə yüklsələ bilər. Eyni sözlər qonaqlara da şamil olunur. "Kəpəz"in səfərdə "Qarabağ"la oynadığını nəzərə alsaq, Kaxaber Tsxadadzenin komandasının "sarı-göylər"i ötmək, 10-cu yerə şansı yaranacaq. 

Qeyd edək ki, matçın start fiti saat 14:00-da səslənəcək.

Misli Premyer Liqası

XVII tur, II dövrə

14:00. "Şamaxı" - "Qəbələ"

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı. Şəhər stadionu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью