Şamaxı Qonaqkənd yolunda qorxulu vəziyyət Sürücülər şikayət edirlər VİDEO

17.04.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şamaxı-Qonaqkənd yolunda baş verən sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb.

Avtosfer.az xəbər verir ki, sürücülər yolun digər zolağından istifadə edərək hərəkətlərini davam etdirmək məcburiyyətində qalırlar.

"Tez-tez gedib-gəldiyim yoldur. Bərbad vəziyyətdədir. Alternativ yol da yoxdur ki, istifadə edək", - deyə sürücü narazılıq bildirib.

Qeyd edək ki, ötən ilin noyabr ayından başlayan torpaq sürüşməsi öz aktivliyini qoruyur və demək olar ki, bu ərazidə hər gün sürüşmə qeydə alınır. Sonuncusu isə miqyas baxımından olduqca böyükdür.

Ətraflı Baku TV-nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью