Şamaxı rayon Mərzəndiyə kəndində içməli su layihəsi həyata keçirilib | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İçməli su layihəsinin I zonasının açılış mərasimi olub Şamaxı, 6 sentyabr, AZƏRTAC Şamaxı rayonunun Mərzəndiyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Şamaxı şəhərində bu münasibətlə tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatların rəhbərləri və əməkdaşları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Mərzəndiyə kənd sakinləri bu günü səbirsizliklə gözləyirdilər.
Artıq onlar keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar.
Qeyd olunub ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir.
Mərzəndiyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir.
Tam oxu
Xəbəri oxu