Şamaxı rayonunda tədbir keçirilib FOTO

14.10.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

02 saylı Şamaxı Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı olmaqla, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və təşkilati fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması baxımından mühüm əhəmiyyət daşıyır. O, Prezident cənab İlham Əliyevin qurultaydakı nitqində ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin, milli maraqların qorunmasının, ideoloji təhlükəsizliyin təmin edilməsinin və partiyanın gələcək fəaliyyət istiqamətlərinin xüsusi yer tutduğunu diqqətə çatdırıb. Tural Qasımlı vurğulayıb ki, qurultayda müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi üçün ərazi partiya təşkilatları öz fəaliyyətlərini daha da gücləndirməli, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasına və əhali ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirməlidirlər.

Daha sonra çıxış edən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də səhiyyə sisteminin inkişafı və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. O, səhiyyə müəssisələrində çalışan partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışaraq, onların həm peşə fəaliyyətlərində, həm də ictimai-siyasi həyatda fəal olmalarının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, VIII Qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər hər bir partiya üzvünün fəaliyyətində əsas istiqamətlərdən biri olmalıdır.

Tədbir zamanı çıxış edən 02 saylı ərazi partiya təşkilatının sədri Səməd Fətəliyev, İslam Ağayev, Pakizə Şikarova, Əzizxan Fərhadov və digər iştirakçılar Prezident cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində irəli sürülən məsələlərin əhəmiyyətindən, partiya üzvlərinin qarşısında duran vəzifələrdən və ideoloji fəaliyyətin gücləndirilməsinin vacibliyindən danışıblar. Çıxışlarda milli dövlətçilik dəyərlərinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətin maarifləndirilməsi və partiya təşkilatlarının fəaliyyətində təşəbbüskarlığın artırılması məsələlərinə toxunulub. Bildirilib ki, qarşıya qoyulan hədəflərə nail olunması hər bir partiya üzvünün fəallığından, məsuliyyətindən və birgə fəaliyyətindən asılıdır.

Tədbir mövzu ətrafında fikir mübadiləsi və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью