“Şamaxı rəsmən növbəti transferini açıqladı Yenilənib

08.01.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Səbail” futbolçusu Vüsal Məsimovla yollarını ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Vüsala göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Vüsal Məsimov 2024-cü ilin yayında "Səbail"ə transfer olmuşdu. O, bu mövsüm komandasının heyətində 11 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib. 
***

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisi müdafiəçi Vüsal Məsimovu heyətinə qatıb. Onunla il yarımlıq müqavilə imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью