“Şamaxı” rəsmisi: “İmkan olsa, bütün mövqeləri gücləndirərdik”

06.01.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Qış fasiləsi zamanı transfer bazarında ilk hərəkətə keçən klublardan biri də “Şamaxı” idi.

Bölgə təmsilçisi bu günə qədər Cəlal Hüseynov və Murad Vəliyevin keçidlərini açıqlayıb.

“Şirlər”in baş meneceri Kamran İsmayılov “FutbolPress”ə açıqlama verərək, növbəti transfer çalışmaları barədə danışdı:

“Qış fasiləsi zamanı 2 oyunçunun keçidini rəsmiləşdirmişik. Bu yöndə çalışmalarımız hələ davam edir. Təbii ki, imkan olduğu halda bütün mövqeləri gücləndirmək istəyərdik. Lakin hazırki durum buna imkan vermir. Həm daxili, həm də xarici bazarla maraqlanırıq. Hər hansı transferimiz rəsmiləşən kimi ictimaiyyətə məlumat verəcəyik”.

Təcrübəli menecer “Şamaxı”nın hücumçusu Leroy Mikelsin adının “Qarabağ”la hallanmasına belə münasibət bildirdi:

“Hələ ki, heç bir klubdan Mikels üçün rəsmi təklif olmayıb. O, mövsümün sonuna qədər müqavilə əsasında “Şamaxı”ya məxsusdur”.

Mirkamal Kazım

Əsas xəbərlər, Ölkə futbolu “Şamaxı” növbəti transferini açıqladı

4 Yanvar 2025, 20:31

Əsas xəbərlər, Ölkə futbolu Onlar üçün fasilə bitdi – 3 komanda hazırlığa başladı

2 Yanvar 2025, 11:00

Əsas xəbərlər, Ölkə futbolu “Şamaxı”da yeni müqavilə

29 Dekabr 2024, 13:43

Əsas xəbərlər, Ölkə futbolu “Şamaxı” transferi açıqladı

27 Dekabr 2024, 12:48

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın müraciəti müsbət qarşılandı

24 Dekabr 2024, 16:22

Əsas xəbərlər, Ölkə futbolu “Şamaxı”da növbəti ayrılıq

24 Dekabr 2024, 15:22

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью