“Şamaxı” rumıniyalı futbolçu ilə danışıqlar APARIR

03.01.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şamaxı” klubu daha bir futbolçu ilə danışıq aparır. 
Bizim.Media xəbər verir ki, söhbət rumıniyalı Adrey Tırkoviyanudan gedir. 
27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik” klubu olub. 
Qeyd edək ki, Buxarest “Dinamo”sunun yetirməsi olan Tırkoviyanu  ölkəsinin “Qaz Metan”, “Vitorul”, “Konkordiya”, “Botoşani” və “Argeş” klublarının da şərəfini qoruyub. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilənin imzalanması gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью