“Şamaxı” “Sabah”ı məğlub etdi

22.12.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Şamaxı” evdə “Sabah”la qarşılaşıb.

Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Turun və ilin sonuncu matçı isə lider “Qarabağ”la əsas izləyicisi “Araz-Naxçıvan” arasında baş tutacaq.

Daha öncə keçirilmiş “Kəpəz” – “Sumqayıt” (0:0) və “Turan Tovuz” – “Neftçi” (1:1) oyunlarında qalib müəyyənləşməyib, “Səbail” isə “Zirə”yə (0:1) uduzub.

Azərbaycan Premyer Liqası
18-ci tur
22 dekabr

“Şamaxı” – “Sabah” 3:1
Qollar: Edqar Adilxanov, 23. Belaydi Pusi, 55. Leroy Mikels, 62 – Pavol Şafranko, 38.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
Şamaxı şəhər stadionu, 14:00.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью