“Şamaxı” “Səbail”i qəbul edir

14.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Misli Premyer Liqasında 17-ci tura start veriləcək. 

QOL.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək. 

Turun açılış matçı Şamaxıda baş tutacaq. Meydan sahibi komanda “Səbail”i qəbul edəcək. 

Hazırda “Şamaxı” 13 xalla turnir cədvəlində yeddinci yeri tutur, paytaxt təmsilçisi isə 8 xalla sonuncudur. Hər iki komanda son 3 turda xala həsrət qalıb. 

“Səbail” 7 turdur qələbəyə qalib gələ bilmir. Maraqlıdır ki, “dənizçilər” sonuncu dəfə məhz “Şamaxı” üzərində qələbəyə sevinib - 2:0.
Ayxan Abbasovun komandası isə artıq 9 turdur qalib gələ bilmir. 

Bu matçı prinsipial edən bir məqam da Cavid Hüseynovla bağlıdır. Belə ki, hazırda “Səbail”in baş məşqçisi olan Hüseynov 2 il əvvəl “Şamaxı”nı çalışdırırdı. Komanda məhz onun rəhbərliyi altında son turda “Səbail”ə uduzaraq Premyer Liqa ilə vidalaşmışdı. 

Günün ikinci matçında isə lider “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. 

Misli Premyer Liqası

17-ci tur

14 dekabr (şənbə)

14:00. “Şamaxı” - “Səbail”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu

16:30. “Araz-Naxçıvan” - “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Liv Bona Dea Arena  

15 dekabr (bazar)
16:00. “Zirə” – “Turan Tovuz” 
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu 

18:30. “Neftçi” - “Kəpəz” 
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Neftçi Arena

16 dekabr (bazar ertəsi)
19:00. “Qarabağ” - “Sumqayıt” 
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Cəmil Quliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

N Klublar O Q H M T-F X 1 Araz-Naxçıvan 16 12 3 1 21-10 39 2 Qarabağ 15 12 2 1 39-7 38 3 Turan Tovuz 16 8 6 2 23-14 30 4 Zirə 16 8 2 6 27-16 26 5 Sabah 16 5 8 3 25-21 23 6 Sumqayıt 16 6 1 9 15-21 19 7 Şamaxı 15 3 4 8 13-21 13 8 Neftçi 16 2 7 7 13-25 13 9 Kəpəz 16 3 1 12 11-39 10 10 Səbail 16 2 2 12 16-29 8

Bombardirlər:

Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Davit Volkov ("Zirə") - 7 qol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью