Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 8-ci tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün görüşü Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Şəfa"nı qonaq edir. Bəlkə də də mövsümlərarası fasilədə heyəti yenidən formalaşan "Şamaxı"dan bel start gözləmirdi. Çoxları məhdud büdcəyə malik "şirlər"in çempionatın autsayder olacağını ehtimal edirdi. Ancaq Azər Bağırov döyüşkən, xal itirdiyi oyunlarda belə "bərk qoz" təsiri bağılayan komanda formalaşdırmağı bacardı. Hazırda aktivin 10 xal olan "şirlər" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Geridə qalan turlarda cəmi bir qələbəsi olan, 6 matçda isə meydanı məğlub tərk edən "Şəfa" isə 11-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi məhz "Şamaxı" ilə görüşdə uğursuzluğa son qoyub, azarkeşlərini sevindirmək istəyir.
Misli Premyer Liqası
I dövrə, VIII tur
15:00. "Şamaxı" - "Şəfa"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov
VAR: Elvin Bayramov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı. Şəhər stadionu.