“Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz Naxçıvan”a qarşı

16.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasının VIII turu çərçivəsində iki oyun keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, turun ilk qarşılaşmasında “Şamaxı” “Şəfa”nı qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası

VIII tur

16 oktyabr

15:00. “Şamaxı” – “Şəfa”;

19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью