Şamaxı şəhər stadionu qardan təmizlənir, oyun təxirə salınmayacaq FOTO AZƏRTAC

14.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı,14 dekabr, AZƏRTAC

Misli Premyer Liqasının XVII turunda bu gün “Şamaxı” və “Səbail” komandaları arasında keçirilməli olan açılış oyunu əlverişsiz hava şəraitinə baxmayaraq təxirə salınmayacaq.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, matçın oynanılacağı Şamaxı şəhər stadionunda hazırda qardan təmizləmə işləri davam edir.

Qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 14:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью