Şamaxı tanzaniyalı ilə münasibəti rəsmiləşdirdi

16.01.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Şamaxı" qış fasiləsində növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, komanda yarımmüdafiəçi Alfons Msanga Mabulanı heyətinə qatıb.

Tanzaniyalı yarımmüdafiəçi ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın "Spartak" (Subotitsa) klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin "Novi Sad" klubunda çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью