Şamaxı üçün əlamətdar oyun

29.09.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının 6-cı turu “Şamaxı” üçün əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”la görüş meydan sahibləri üçün ölkə çempionatının yüksək dəstəsində 350-ci ev matçı kimi tarixə düşüb.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan “Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub. 1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb. Şamaxı təmsilçisi bu görüşlərdə 467 qol vurub, 280-ni buraxıb.

Qeyd edək ki, yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью