“Şamaxı” və “İmişli” bir birini günahlandırır Premyer Liqa klubları arasında gərginlik

07.08.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Şamaxı” klubu avqustun 9-da “İmişli” ilə keçirilməli olan yoxlama görüşününün rəqibin matça gəlməkdən imtina etdiyi üçün ləğv olunduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bölgə klubu bununla bağlı paylaşım edib. 

Onların bu açıqlamasından sonra isə “İmişli” bəyanat yayıb. Premyer Liqaya vəsiqə qazanan İmişi təmsilçisi isə matçın baş tutmamasında “Şamaxı”nı günahlandırıb:

“İmişli” oyunun Bakıda təbii ot örtüyünə malik meydanda keçirilməsini təklif edib, lakin “Şamaxı” bu ideyadan imtina edib. Nəticədə qarşılaşma ləğv olunub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью