Şamaxı və Zirədə tufan qopacaq Premyer Liqa

30.11.2024

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.

News24.az xəbər verir ki, əvvəlcə meydana “Şamaxı” və “Kəpəz” komandaları çıxacaqlar. Şamaxı şəhər stadionunda təşkil olunacaq matçın start fiti 14:30-da səslənəcək.

“Şamaxı” kollektivi 13 xalla turnir cədvəlində 7-ci, aktivində 7 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.

Günün digər görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq. “Zirə” 20 xalla 5-ci, “Sumqayıt” isə 16 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” isə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 1-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью