Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Növbəti mövsüm üçün yenidən komplektləşən "Şamaxı" heyətinə yeni hücumçu qatıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "aslanlar"ın yeni baş məşqçisi Azər Bağırov elitanı tərk edən "Karvan-Yevlax"ın daha bir futbolçusunu yeni komandasına gəlməyə razı salıb.
Söhbət Uğur Cahangirovdan gedir. 24 yaşlı hücumçu Aran təmsilçisinə ötən yay "Sumqayıt"dan keçmişdi.
O, son mövsüm Premyer Liqada 31, Azərbaycan Kubokunda 2 matça çıxsa da, fərqlənə bilməyib, cəmi 1 qol ötürməsi ilə yadda qalıb.
Mirağa