Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqası təmsilçilərindən “Qəbələ” və “Şamaxı” yoxlama oyununda üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, qarşılaşma Şamaxı kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Oruc Məmmədov 2 qol vurub. “Qəbələ”dən isə Uboçioma Meşak fərqlənib.
Oyun Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilib.