Şamaxıda 130 dan çox uşaq müayinələrə cəlb olunub

12.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

TƏBİB-in dəstəyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (Tika Bakü ) birgə təşkilatçılığı ilə həyata keçirilən “Regionlarda uşaqların müayinəsi” layihəsi çərçivəsində növbəti müayinələr Şamaxı rayonunda təşkil olunub.

“Cebheinfo.az” xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutan layihə çərçivəsində 130-dan çox uşaq müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunub. 2 gün davam edən layihə müddətində 132 uşağa ümumilikdə 320 tibbi xidmət göstərilib. 

Müayinələr Bakı şəhərində fəaliyyət göstərən pediatr, uşaq kardioloqu, endokrinoloq və nevroloqlar tərəfindən həyata keçirilib.

Layihənin məqsədi uşaqların sağlamlıq vəziyyətinin profilaktik qiymətləndirilməsini həyata keçirmək, erkən diaqnostika və müalicə tədbirlərinə şərait yaratmaq, eləcə də regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaqdır.

Tibbi müayinələrlə yanaşı, həkim-neonatoloqlar üçün təlim və neonatoloji xəstələrin konsultasiyası da təşkil olunub. 

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью