Şamaxıda 14 yaşlı uşaq dəm qazından boğularaq öldü

17.11.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şamaxıda 14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qızmeydan kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.

O yaxınları tərəfindən Şamaxı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью