Şamaxıda 18 yaşlı gəncin vəhşicəsinə döyülməsi ilə bağlı araşdırma aparılır Video

10.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Şamaxı şəhərində vətəndaşın döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan müraciət polis tərəfindən araşdırılır.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı müvafiq qaydada qeydiyyat aparılıb, hadisənin bütün təfərrüatının, o cümlədən tərəflər arasında baş vermiş münaqişənin səbəblərinin və iştirakçıların hərəkətlərinin müəyyən edilməsi məqsədilə zəruri prosessual tədbirlər həyata keçirilir.
"Vətəndaşın bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırma zamanı hadisədə iştirak edən şəxslərin sərxoş vəziyyətdə avtomobil idarə etməsi və səsləndirilən digər iddialara da aydınlıq gətiriləcək", - deyə məlumatda bildirilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью