Şamaxıda 3 qardaş arasında dava: biri öldü, ikisi xəstəxanalıq oldu

01.01.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşları 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakupost.az -a verilən məlumata görə, tərəflər mübahisə zəminində bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır. .


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью