Şamaxıda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

03.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şamaxıda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, bu gün saat 21 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью