Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən axşam saat 21 radələrində Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən 49 yaşlı Sahib Piriyevi vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.