“Şamaxı”da Ayxan Abbasovu kim əvəz edəcək? Namizədlərin SİYAHISI

15.05.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

"Şamaxı"nı tərk edəcəyini açıqlayan baş məşqçi Ayxan Abbasovun yerinə hazırda 3 yerli namizəd var.
Bizim.Media xəbər verir ki, bunlar hazırda işsiz olan Şahin Diniyev, 1-ci Liqanın lideri "Şəfa"dakı performansı ilə adından söz etdirən 34 yaşlı mütəxəssis Elgiz Kərəmli və "Kəpəz"in çalışdırıcısı Azər Bağırovdur.
Rəhbərlik 2024-cü ilin noyabrında "Səbail"dən ayrılan Diniyevlə ünsiyyət qurubsa, digər iki məşqçi üçün əsas hədəf indiki iş yerlərində qalmaqdır.
Qeyd edək ki, 31 oyuna 35 xal toplayan "Şamaxı" Misli Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə mövqe tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью