Şamaxıda bədbəxt hadisə: Abşeron rayon sakini dağlıq ərazidə yıxılaraq ölüb

23.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Şamaxı, 23 aprel, R.Türkoğlu, AZƏRTAC

Şamaxı rayonunun Quşçu kəndi ərazisində bədbəxt hadisə baş verib. İlkin məlumata görə, Abşeron rayon sakini Sabir Xəlilov dağlıq ərazidə hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Sabir Xəlilovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbi aparılan araşdırmanın nəticəsində bəlli olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью