Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dağ Bağırlı kəndində baş verib. Hadisə nəticəsində bir ailənin üç üzvü 1980-ci il təvəllüdlü Agacanov Ruhlan Nagi oğlu, 2008-ci il təvəllüdlü Agacanov Ruhin Ruhlan oğlu və 2015-ci il təvəllüdlü Agacanli Zəhra Ruhlan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Onların evdəki qaz sobasından zəhərləndiyi güman edilir.