Şamaxıda çökən yolun təmirinə başlanılır

27.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Şamaxının Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmənin baş verdiyi əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 saylı “Xüsusi Təyinatlı Yol İstismarı” MMC-in əməkdaşları tərəfindən baxış keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, idarənin baş mühəndisi Kənan Babaşov AzərTac-a bildirib ki, son günlər yağan intensiv yağışlar, sel suları, zəlzələlər yol infrastrukturuna ziyan vurub. Buna baxmayaraq, Şamaxının Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda gediş-gəliş dayanmamışdır. Hazırda əlverişsiz hava şəraitinə görə ərazidə təmir işləri aparılmasa da, tezliklə yolda təmir-bərpa işlərinə başlanılacaq.

Xatırladaq ki, torpaq sürüşməsi nəticəsində yolun bəzi yerləri dağılıb, asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda il ərzində üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью