Şamaxıda dava baş verdi 1 nəfər öldü

01.01.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Redaktor.az xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью