Şamaxıda dava ölümlə nəticələnib AZƏRTAC

01.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şamaxı,1 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar - 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mübahisə zamanı tərəflər bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər. Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью