Şamaxıda dəhşət: qardaşlar bıçaqlandı, biri ÖLDÜ

01.01.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Modern.az xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu təsdiq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью