Şamaxıda dəhşətli hadisə ÖLƏN VAR

01.01.2025

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 3 nəfər arasında bıçaqlanma hadisəsi baş verib.

Manset.az xəbər verir ki, 43 yaşlı Zaur Osmanovla iki qardaş, 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a təsdiq ediblər.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью