Şamaxıda əməliyyat: Kafe qumarxana çıxdı

08.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Şamaxıda qumarxana aşkarlanıb.

Ölkə.az xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью