Şamaxıda evdən avtomat tapıldı Foto

10.02.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Şamaxı sakininin yaşadığı evdə avtomat aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı RPŞ-nin keçirdiyi tədbirlərlə qanunsuz odlu silah saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb. Onun yaşadığı ünvandan bir ədəd “Kalaşnikov” avtomat, daraq və patronlar aşkar olunub.

Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью