Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bu gün boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, Şamaxı Olimpiya Mərkəzində keçiriləcək yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Turnirdə 57 komandanın 159 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.
Döyüşlər saat 15:00-da start götürəcək. Görüşlərdən əvvəl komandaların paradı da baş tutacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq. Qarşılaşmaları yerli hakimlərlə yanaşı, Qazaxıstan, Moldova, Qırğızıstan və Özbəkistandan olan beynəlxalq dərəcəli referilər də idarə edəcəklər.