Icma.az, Baku.ws saytına istinadən bildirir.
Şamaxı rayonununda ötən gecə yağan güclü yağış fəsadlar törədib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Aşıq Məmmədağa küçəsində gecə saatlarında yağan yağışdan sonra evin qarşısındakı kanalizasiya xətti daşıb, nəticədə yaşayış evini su basıb.
Vətəndaşın sözlərinə görə, bu hal iyun ayında da baş verib və artıq növbəti belə hadisədir.
Hadisə yerindən kadrları təqdim edirik: