Şamaxıda maşın dərəyə yuvarlandı: ölü və yaralılar var

19.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Şamaxı–Pirqulu avtomobil yolunda qəza baş verib.

Axar.az xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью