Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Zaqafqaziya diyarının, demək olar ki, heç bir şəhərini böyüməkdə olan nəslin maariflənməsinə qarşı apatik münasibətdə Şamaxı qədər qınamaq olmaz. Hər yerdə real məktəblərin, qız proqimnaziyalarının və digər ictimai məktəblərin açılması üçün qayğı çəkirlər; şəhər cəmiyyətləri bu təhsil müəssisələrinə xeyli məbləğdə ianələr bağışlayırlar.
Şamaxı isə hələ də patriarxallığa sadiq qalaraq yuxulu şəkildə düşünür: “Uşaqların oxuyub-oxumayacağı mənə tamamilə yaddır; mənim bu barədə düşünməyə belə ehtiyacım yoxdur: əgər hökumət öz hesabına məktəb açarsa, buyurub uşaqları oxumağa göndərərəm, yoxsa, o zaman heç lazım da deyil!”.
Təhsil işinə daha çox etinasız yanaşanlar tatarlardır (azərbaycanlılardır); ermənilər isə azsaylı olmalarına baxmayaraq (cəmi 4 minə yaxın) yenə də 3 prixod (məhəllə) məktəbinə malikdirlər: biri kişi, biri qız, biri isə qarışıq erməni-lüteran məktəbi. Hərçənd bu məktəblər vəsait çatışmazlığından əziyyət çəkir, nəticədə, hətta səviyyəli müəllimlərə də sahib ola bilmirlər, lakin yenə də müəyyən dərəcədə fayda verirlər.
Tatarların isə Şamaxıda saylarının, təxminən, 16 min olmasına baxmayaraq, heç bir ictimai məktəbi yoxdur, əgər bəzi xüsusi tatar məktəblərini nəzərə almasaq, onları məktəb deyil, hətta məktəb adlandırmağın belə utancverici olduğu məktəbləri çıxsaq, əhalinin uşaqlarını oxutduğu və yerləşdirdiyi yerlər isə yerli şəraitə görə təsəvvür edin: təsəvvür edin ki, qoca Axund Əlizadənin (ovaxtkı məhkəmə üzvünün) evindəki otaqlar qruplara bölünərək kirayə verilmişdir.
Belə ki, otaqlardan birində məktəb yerləşir, digər otaqlarda isə kirayənişinlər yaşayır, həm də onların pəncərələri kağızla tutulmuşdur. Bu otağa yaxınlaşdıqda darısqallıqdan əlavə, adamı hansısa ağır qoxu vurur. Otaqda isə ağsaqqal bir kişi – yaşlı bir insan oturub uşaqlara eyni vaxtda dərslikdən hansısa müəyyən dərs keçir. Otağa daxil olarkən adamın qarşısında belə bir mənzərə açılır: divarlar boyu döşəkdə və ya keçə üzərində oturan, bəziləri isə ayaqüstə duran iyirmiyə yaxın uşaq. Əksəriyyəti otaqda gəzişir, qalanları otağın müxtəlif yerlərində dərs oxuyur; kimsə öz kitabını oxuyur, kimsə ibadət edir, abidəni əzbərləyir, başqaları isə bir-biri ilə dalaşır və qışqırır; bəziləri yazı lövhəsinə nəsə yazır, başqaları oxuyur, üçüncü qruplar isə məşq edir. Molla, baş ibtidai məktəbin başçısı yoxdur – o, yoxdur, o, hansısa fantastik evdə olub, nəinki dərsləri izləmir, ümumiyyətlə, bu ibtidai məktəbin necə keçdiyini, şagirdlərin oxuyub-oxumadığını görmək üçün təhsil müəssisəsinin vəziyyəti ilə maraqlanmır, uşaqların intizamını və hər hansı bir qayda-qanunu izləmir. Bax, tatar məktəbləri budur! İndi isə bizim məclis məktəbimizin nəticələrinin nə vəziyyətdə olduğuna nəzər salaq.
Biz məclis məktəbinin bu məqaləsinin predmeti məsələsindən ayrılır və indi bu məktəbin indiki vəziyyətini, keçmişi ilə müqayisədə onun tərəqqisini və müsəlmanların təhsilə münasibətini göstərmək üçün bu məktəbin tarixinə keçirik. 1874-cü ildə Qafqaz canişininin və qubernatorun (general-mayor D.S.Staroselski) icazəsi ilə Şamaxı şəhərinin tatar məhəllələrindən birində – Pirbudaq məhəlləsindəki məscidin binasında yerli şəhər məktəbinin müəllimi P.Pirbudaqov tərəfindən idarə olunan Şamaxı müsəlman məclis məktəbi açılmışdır.
Bir neçə ay ərzində məktəb Pirbudaq məhəlləsindən tatar məhəlləsinin mərkəzinə – Şamaxının görkəmli müsəlmanlarından biri olan tatar dili müəllimi Cəfər Əfəndi Mahmud Əfəndizadənin (“Kavkaz” qəzetinin mərhum redaktoru L.S. ilə) evinə köçürüldü. İki illik səy və zəhmət nəticəsində bu məktəbdə şagirdlərin sayı 60 nəfərə çatdı. Həmin ildə – 1874-cü ildə məktəbin saxlanılması üçün maddi vəsaitə və şəraitə malik olmayan P.Pirbudaqov Bakı ruhani məclisindən sözügedən məktəbi öz himayəsinə götürməyi xahiş etmişdir ki, məclis də məktəbi öz himayəsinə götürərək onun taleyi ilə maraqlanmağa başlamışdır.
Məclis məktəbi öz himayəsinə götürdükdən sonra məktəbin vəziyyəti, xərcləri, açılış mənbəyi haqqında məlumat verməyə başlayır; bu məktəb təsis olunan zaman onun müəllimləri qismində tatar dili müəllimi Cəfər Əfəndi Mahmud Əfəndizadə və P.Pirbudaqov təyin edilmişdi. Cəfər Əfəndi məktəbin saxlanılmasını ilk illərdə təmənnasız yerinə yetirirdi, ikincisi (Pirbudaqov) isə illik, təxminən, 437 rubl 50 qəpik məbləğində maaş alırdı. Məclis məktəbin saxlanılması və binanın kirayəyə götürülməsi üçün hökumətdən icazə istədi. İcazə alındıqdan sonra məktəb, binaların təmiri üçün xalq tərəfindən ianə olaraq toplanmış 5 min rubl məbləğində kapitala sahib oldu.
İndi məclis məktəbi ən pis vəziyyətdədir, şagirdlərin sayı 20 nəfərdən artıq deyil, rus dili müəllimi və direktor yoxdur, tatar dili müəllimi isə, eyni zamanda, nəzarətçidir – məktəbin heç bir kənar köməyi yoxdur – nə cəmiyyət tərəfindən, nə də ki, digər qurumlardan.
Biz bu söhbətdən uzaqlaşdıq, məclis məktəbinin tarixinə keçdik ki, müsəlmanların Şamaxıda və məclis məktəbinin taleyində hansı mövqe tutduğunu və bu iştirakın hələ də necə mövcud olduğunu göstərək. Sual oluna bilər: məktəbə öz xeyrinə yalnız məclis sahib çıxdısa, görəsən, məclis məktəblilərdən uzaqlaşa bilməzmi? Məclisin (indiki Qafqazın digər müsəlmanlarının dediyinə görə) xeyli gəliri var, o cümlədən müxtəlif kilsələrdən, kəndlərdən, ən azı 1,000 rubl gəlir əldə edir; xərclər isə kassa hesabına ödənilir.
Nəhayət, əgər Məclis məktəbi maddi tərəfdən saxlaya bilmirsə, onda 16 minlik Şamaxı müsəlman cəmiyyəti bu məktəbə heç cür kömək edə bilməzmi? Əlbəttə, o, öz xərcindən uşaqlar üçün hər il müəyyən məbləğ ayırmağa qadirdir. Məclisdə isə məktəb üçün başqa vəsaitlər – yanacaq, uşaqların qızdırılması üçün pul, uşaqların saxlanılması üçün məktəb binası, həmçinin iki klassik məktəb üçün başqa nə lazımdır?
Əgər hər hansı bir arxalı kəndli uşaqlarını məktəbə göndərə bilmirsə, ictimai vəsaitlərlə oxutdurmaq olarsa, bəs şəhər özü bunu necə edə bilməz? Məgər xalq öz məktəblərini tikə və saxlaya bilməzmi? Hər kəs xalqın öz məktəblərinə olan sevgisini görə bilməzmi? Bizə elə gəlir ki, digər məsələlərə nisbətən bu məclis məktəbinin saxlanılması məsələsini həll etmək daha asandır. Bütün ruhanilər, hər bir müsəlman ruhanisi müsəlmanlar qarşısında başa düşür ki, məclis məktəbi deyilən bu məktəb həm də dini müsəlman təhsilidir, məhz bu məktəb vasitəsilə maariflənmə yoluna çıxmaq olar.
Odur ki, hər halda, məclis məktəbi “faydalı məktəb yaratmağa qadir olan” əsas qüvvə kimi, maddi cəhətdən olmasa belə, hər halda ehtiyac duyulan bir yerdir. Öz sərvətləri ilə deyil, lakin müsəlman şəhərinin əhalisinin öz vəsaitləri hesabına yaratdığı və saxladığı məclis məktəbi tezliklə bu işin nə qədər xeyirli və qiymətli olduğunu, həmçinin bu işin nə qədər faydalı olduğunu göstərdi. Hesab edirik ki, məclis məktəbini qoruyub saxlamaq və tatar uşaqlarını maarifləndirmək, həmçinin ruhanilərin uşaqları təhsilə cəlb etməsi üçün hər bir şəraiti yaratmaq lazımdır; çünki bu dövrdə, həmin qurumun adından da göründüyü kimi, başqa cür heç cür ola bilməz.
Hər halda, məktəb müəyyən qərarla, Şamaxı şəhərinin müsəlman cəmiyyəti isə qəti qərarla birdəfəlik və həmişəlik öhdəsinə götürürdü ki, məktəbə hər il onun saxlanılması üçün zəruri olan vəsaitləri versinlər; məktəbin işlərinə nəzarət etmək üçün isə cəmiyyətin nümayəndələrindən müəyyən müddətə seçilmiş şəxslərdən ibarət qəyyumlar şurası təsis edilməlidir.
Qeydimizin sonunda arzu edərdik ki, ifadə etdiyimiz fikir səhrada səs salan haray olaraq qalmasın; dini məclis və vətəninin xeyrini istəyən hər bir Şamaxı müsəlmanı Şamaxı məclis məktəbinin dəstəklənməsi və onun uzun müddətə təmin olunması haqqında düşünsün. Bu məktəb yaxşı vəziyyətə gətiriləcəyi təqdirdə böyük fayda verəcək. Xüsusən də burada kursu bitirənlər həm şəhər, həm də digər hökumət məktəblərində təhsillərini böyük müvəffəqiyyətlə davam etdirə bilərlər.
İ.M.Hüseynov
15 iyun 1881-ci il, Şamaxı şəhəri