Şamaxıda meşədə marixuana yetişdirib satan şəxs tutuldu

29.11.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şamaxıda narkotik satışı ilə məşğul olan şəxs tutulub. Avtosfer.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Şamaxı RPŞ-nin keçirdiyi tədbirlərlə 41 yaşlı Cavad Fəhradov saxlanılıb.

Ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. C.Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, C.Fəhradov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью