Şamaxıda mübahisə qanla nəticələnib, ölən və yaralılar var

01.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla iki qardaş 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

"Unikal" xəbər verir ki,  DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə tərəflər mübahisə zəminində bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью