Şamaxıda Niva ağaca çırpıldı Sürücü öldü

20.04.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 19-da saat 22:00 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Niva” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Orxan İsayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью