Şamaxıda qadın 3 cü mərtəbədən yıxıldı

16.05.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Şamaxıda 3-cü mərtəbədən yıxılan qadının son durumu açıqlandı.

Şamaxıda ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılan Günel Yəhyayevanın vəziyyəti ağırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

15.05.2025-ci il tarixində 1993-cü il təvəllüdlü G.Yəhyayeva kəllə beyin travması, oma sümüyünün sınığı, hər iki baldırın açıq sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, zəruri ilkin tibbi xidmətlərdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью