Şamaxıda qadın əri tərəfindən güllələnərək QƏTLƏ YETİRİLDİ

06.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın Şirvan bürosuna bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam
etdirilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью