Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Şamaxı rayonu, Göylər qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl günorta saatlarında Acıdərə kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-ON-383 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yol kənarına düşüb. Qəzaya səbəb manevr qaydasının pozulması olub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin