Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şamaxının Göylər kəndində sakinlər kənddaxili yolun təmirinə öz vəsaitləri hesabına başlayıblar.
"Bakupost" xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada yayılıb.
Belə ki, kənd sakinləri həm gediş-gəliş asanlaşdırmaq, həm də şəhid Müşfiq Məcidovun xatirəsini əbədiləşdirmək üçün yolu təmir etməyə qərar veriblər.
Kənd camaatı öz aralarında pul toplayaraq lazımi materialları alıb və təmir işlərinə başlayıb.
Görüntülərdən də göründüyü kimi, sakinlər yolun örtüyü üçün asfalt deyil, mişar daşlarından istifadə edirlər. Sakinlər bu üsulun yolun daha uzun müddət yararlı qalmasına imkan verəcəyini düşünürlər.
Lalə, BakuPost