Şamaxıda saxtalaşdırma əlaməti olan spirtli içkilərin satışının qarşısı alınıb AZƏRTAC

17.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Şamaxı şəhəri, N.Hikmət küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Səlimov Pərvin Sərxan oğluna məxsus “Favorit” marketdə plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, marketdə saxtalaşdırma əlaməti olan 18 ədəd 0.5 litrlik “Oneqin” əmtəə nişanlı araq məhsulu aşkarlanıb. Məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin təsdiqinə dair sənədlərinin mövcud olmadığı məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью